Quşlar sinfinə aid olan dəstə.
Kiçik və orta ölçüyə malik quşlar. Ən kiçiyi sərçədən kiçik – böyükləri isə qarğa böyüklükdə olur. A.-in xarici görünüşü və rəngləri müxtəlif olur. Avstraliya, Yeni Zelandiya, Yeni Qvineya və Madaqaskar meşələri istisna olmaqla dünyanın bütün meşələrinə yayılıb. Onlara ən çox Cənubi Amerikada təsadüf edilir. A. dəstəsinə 380 növ aiddir. Nümayəndələrində ön barmaqlarından biri arxaya doğru 90 dərəcə yerini dəyişə bilir. Bunun sayəsində A.-lər ağacda şaquli vəziyyətdə qalmağı bacarır.
Biologiya terminlərinin izahlı lüğəti