Türk çoban iti cinsi.
Əcdadları da çoban itləri olan A.-ın 3 min illik tarixi var. Türkiyədə Qərbi və Orta Anadolu bölgəsində yaşayırlar. Avropada yaşayan Pyrenean dağ iti, Tatra dağ iti və Komondor kimi iri ağ cinslərlə qohumluğu ehtimal olunur. İri, atletik və gözəl heyvandır. A. qoruma və mühafizədə geniş istifadə edilir. A. çox qulluq tələb edir və geniş əraziləri sevir. Təsərrüfat heyvanlarının qorunmasında uğurla tətbiq oluna bilər; canavar, hətta ayı və digər yırtıcılara qarşı dözümlü, cəsurdur. A.-lar gecələr çox diqqətli olur.
Biologiya terminlərinin izahlı lüğəti