Reklam
Reklam

Biologiya terminlərinin izahlı lüğəti

alabay

4 min illik tarixi keçmişi olan çoban iti.

Qazaxıstan, Özbəkistan və Türkmənistanda yayılmışdır. İri ölçülü, olduqca qüvvətli it cinsidir. Sərbəstliyi sevir və dominantdır. Çöl şəraitində daha sağlam olur. Çoban itlərinin bütün xüsusiyyətlərinə malikdirlər. Özlərinə aid əraziləri olduqda yaxşı müdafiə edirlər. Nisbətən çətin təlim olunur. A. qulluq tələb edən it cinsidir. Zahirən bir az tənbəl olsa da, çox çevikdir.

Biologiya terminlərinin izahlı lüğəti