Reklam
Reklam

Biologiya terminlərinin izahlı lüğəti

amitoz

yun. “a” – inkar hissəcik, “mitos” – sap

Hüceyrələrin bölünmə növlərindən biri.

1840-cı ildə H.Zeleznov tərəfindən kəşf olunmuşdur. A. hüceyrələrin bölünmə vətəri əmələ gətirmədən düzünə bölünməsidir. A. nüvənin interfaza vəziyyətində birdən baş verir. Xromosomlar isə qız hüceyrələr arasında bərabər bölünmür. Bəzən çoxnüvəli hüceyrələr əmələ gəlir. A. bölünməyə bütün eukariot tipli hüceyrələrdə (ən çox ibtidailərdə), bitki və heyvanlarda rast gəlinir.

Biologiya terminlərinin izahlı lüğəti