Reklam
Reklam

Biologiya terminlərinin izahlı lüğəti

anesteziya

yun. “anaisthesia” < “an” – inkar şəkilçisi + “aisthesis” – hiss

Dəridə, selikli qişada hissiyyatın tamamilə itməsi.

Dərinin, əzələlərin, daxili orqanların və ya hiss orqanlarının hiss sinirlərinin zədələnməsi, eləcə də sinir impulslarının ötürülməsinə mane olan müxtəlif maddələrin hiss sinirlərinə və ya sinir mərkəzlərinə təsiri nəticəsində hissiyyatın tamamilə və ya qismən itməsi. Müxtəlif formaları var: analgeziya – ağrı hissinin olmaması; termanesteziya – temperatur hissinin itməsi; agevziya – dad hissinin itməsi; anosmiya – qoxu hissinin itməsi. Cərrahi əməliyyat aparmaq üçün keyidici maddələrdən (məs.: novakain)  istifadə etməklə süni surətdə A. yaradılır.

Biologiya terminlərinin izahlı lüğəti