Reklam
Reklam

Biologiya terminlərinin izahlı lüğəti

ankiloz

yun. “ankylosis”, “ankulos” – qatlanmış, bükülmüş

Oynağın hərəkətsiz hala düşməsi.

Sümüklərin oynaq səthləri arasında fibroz, qığırdaq və ya sümük toxuması əmələ gəlməsi nəticəsində yaranır. Çox vaxt oynaqlarda kəskin və xroniki infeksiyalardan sonra, habelə travma nəticəsində baş verir. Cərrahi yolla müalicə olunur.

Biologiya terminlərinin izahlı lüğəti