Tunikalilar yarımtipindən xordalı dəniz heyvanları sinfi.
Uzunluğu 0,5-2,5 sm qədər olur. Gövdə və quyruqdan ibarətdir. Kloakası yoxdur. A.-in quruluşundakı primitiv əlamətlər onları tunikalılara yaxınlaşdırır. Ancaq cinsi yolla çoxalırlar. Gövdəsi həlməşik maddədən əmələ gələn “evcikdə” yerləşir. Quyruğunun hərəkəti ilə mikroorqanizimləri “evciyin” şəbəkə süzgəcli ön dəliyindən içəri ötürür. Süzgəcdən keçən mikroorqanizmlərlə qidalanır. Köhnəlmiş “evciyi” təzəsi ilə əvəz edir.
Həmçinin bax:
Biologiya terminlərinin izahlı lüğəti