cynara
Çoxillik ot bitkisi cinsi.
Dünyada 11 növü yayılmışdır. Ədviyyat kimi əkilir. Hündürlüyü 2 m-ə qədər, yarpaqları iri, lələkvari, daraq formasında; rəngi yaşıl, yaxud bozumtul-yaşıldır. Çiçəkləri mavi, meyvəsi qaradır. Şəkər xəstələri üçün faydalıdır. Ödqovucu və sidikqovucu təsirə malikdir. Qərbi Avropa, Afrika və Şimali Amerika ölkələrində mədəni halda becərilir.
Biologiya terminlərinin izahlı lüğəti