amygdalus
Gülçiçəklilər fəsiləsindən ağac cinsi.
Təqribən 40 növü var. Mil kökləri torpağın dərin qatlarına gedir. Yarpaqları növbə ilə düzülür, çiçəkləri ağ, yaxud çəhrayı, beşləçəklidir. Çarpaz tozlanır. Meyvəsinin ləpəsində amiqdalin qlükozidi, quru ləpəsində 6% su, 21% azotlu və 13% azotsuz maddə, 54% yağ, 4% sellüloza, 2% kül var. Göz calağı ilə çoxaldılması daha geniş yayılmışdır. Çalaqaltı olaraq şaftalı, gavalı və alçadan istifadə edilir. Meyvəsi yeyilir.
Biologiya terminlərinin izahlı lüğəti