Tərkibində, çoxlu miqdarda DNT olan birhüceyrəli mikroorqanizmlər qrupu.
Müxtəlif formalarda (kürə, çöp, vergül, qamçılı) olub, nazik qılaf və sitoplazmadan ibarətdir. Prokariotlara aiddirlər. İnkişaf etmiş nüvədən və hüceyrənin digər ikimembranlı orqanoidlərindən məhrumdurlar. Çox geniş yayılmışlar. 1 q torpaqda minlərlə, 1 ml suda onlarla B. olur. Sadə bölünmə, spor əmələgətirmə və tumurcuqlanma yolu ilə çoxalır. Əlverişli şəraitdə hər 20-30 dəqiqədən bir bölünə bilirlər.
Biologiya terminlərinin izahlı lüğəti