cetacea
Suda yaşayan məməli heyvan dəstəsi.
Uzunluğu 1-2 m-dən 33 m-ə qədər, çəkisi bir neçə kq-dan 150 tona qədərdir. Dəriləri çılpaqdır. Vaxtaşırı suyun üst qatlarına çıxmaqla quru atmosfer havası ilə ağciyər tənəffüsü edirlər. Ağciyərlərinin həyat tutumu və eritrositlərin oksigen birləşdirmə əmsalı yüksəkdir. Ön ətrafları üzgəclərə çevrilmişdir. Bığlı və dişli B. növləri vardır. Bığlı B. Planktonlarla qidalandığı halda, dişli B. yırtıcıdır. Qoxubilmə qabiliyyəti pis inkişaf etmişdir. Baladoğma zamanı quruya çıxmırlar.
Biologiya terminlərinin izahlı lüğəti