Çöpşəkilli bakteriyalar.
Spor əmələ gətirir. Bacillus (aeroblar) və clostridium (anaeroblar) cinslərinə ayrılır. Sadə ikiyə bölünmə yolu ilə çoxalır. Əksəriyyəti saprofitdir. Qarayara, güzar və s. kimi xəstəliklərin törədiciləridirlər. B. üzvi maddələrin minerallaşmasında iştirak edir. İnsanın kor bağırsağında olan bağırsaq çöpü bakteriyaları faydalıdır.
Biologiya terminlərinin izahlı lüğəti