myocastor coypus
Gəmiricilər dəstəsindən məməli heyvan.
“Nutriya” adı ilə də tanınır. Xarici görünüşcə böyük siçovula bənzəyir. Xəzi qiymətlidir. Uzunluğu 60 sm, quyruğu 45 sm, çəkisi 12 kq-a qədərdir. Bitki və molyusk yeyir. 4-5 aylığında cinsi yetkinliyə çatır, intensiv çoxalır. Vətəni Cənubi Amerikadır. Azərbaycanda Qazax rayonunda artırılır.
Biologiya terminlərinin izahlı lüğəti