Qalxanabənzər vəzinin normadan artıq tiroksin hormonu hazırlaması nəticəsində yaranır.
Xəstəliyin başlanğıc forması hipertireoz adlanır. Əlamətləri: xəstənin çox yeməsinə baxmayaraq kəskin arıqlama, tez əsəbiləşmə, sərbəst ətrafların, göz qapaqlarının titrəməsi və bərəlməsi, ürək döyüntülərinin artması və boğaz nahiyədə şişkinlik. Müalicəsi: sakitlik, yod ehtiyatı saxlayan və vitaminli yeməklər, su prosedurları, qalxanabənzər vəzi qalvanizasiyası; ağır formalarda isə cərrahi əməliyyatla qalxanabənzər vəzin bir hissəsinin kəsilib götürülməsi.
Biologiya terminlərinin izahlı lüğəti