lat. coleoptera
Həşəratlar sinfinin ən böyük dəstəsi.
140 fəsiləni əhatə edən 300 minə yaxın növü var. “Sərtqanadlılar” adı ilə də tanınır. Bədənləri 3 hissədən – baş, döş və qarıncıqdan ibarətdir. Pərdəşəkilli uçma qanadlarının üzəri qoruyucu sərt qanadüstlüyü ilə örtülüdür. B.-lər qidalanmasına görə bitki, çürüntü yeyənlərə və yırtıcılara ayrılır. Yumurta qoymaqla və 4 mərhələdə – yumurta, sürfə, pup, yetkin fərd inkişaf keçirməklə çoxalırlar.
Biologiya terminlərinin izahlı lüğəti