Reklam
Reklam

Azərbaycan dilinin dialektoloji lüğəti

buğlama1

Dərbənd

İçərisinə kişmiş və turşu doldurularaq bişirilən balıq.  Bu gün anam buğlama pişiritdi, kitso <gedirsənsə> kitəğ, yiyağ.

buğlama2

Qazax

Azacıq su ilə öz buğuna bişirilən bozartma. □ Anam buğlama pişirer.

buğlama3

Basarkeçər, Borçalı

Soyutma kartof. □ Anam savahnan qonağımıza buğlama pişirəjəx'.

Azərbaycan dilinin dialektoloji lüğəti