Əsasən, Kaynozoy və Mezozoy eralarında Alp qırışıqlığı dövründə yaranmış dağlar.
C.D. hündür, şişuclu olur, sıldırım yamacları, dərin çay yarğanları ilə seçilir. C.D.-da seysmik proseslər qar uçqunları və sürüşmələrlə müşayiət olunur. Ciddi eroziyaya uğramamış belə dağlarda faydalı qazıntılar dərində yerləşir. And, Pamir, Atlas, Qafqaz, Alp, Kordilyer, Karpat kimi dağlar planetimizin C.D.-ına aiddir.
Coğrafiya terminləri lüğəti