1918–1920-ci illərdə çar generalı A.Denikin tərəfindən Ukrayna və Şimali Qafqaz ərazisində yaradılmış ağqvardiyaçı rejim.
D.-in siyasi özəyini kadet və oktyabristlər bloku, eləcə də eserlərin müəyyən hissəsi, hərbi bazasını isə 150 min nəfərlik “Rusiyanın cənubunun silahlı qüvvələri” təşkil edib. “Vahid və bölünməz Rusiya” şüarı altında mübarizə aparan Denikin sovet hakimiyyətini əsas düşmən hesab etsə də, müstəqil Cənubi Qafqaz respublikalarını, o cümlədən AXC-ni daim hərbi müdaxilə ilə hədələyib. 1919-cu ilin yazı və yayında Denikin qoşunları Azərbaycan üçün xüsusilə real təhlükə yaradıb. Yalnız Bakıdakı ingilis komandanlığının səyi nəticəsində onların Azərbaycana hərbi təcavüzünün qarşısını almaq mümkün olub.
Həmçinin bax:
Tarix terminləri lüğəti