lat. “divergentia” – ayrılma, aralanma
Eyni mənşədən olan orqanizmlərin müxtəlif yaşama şəraitinə düşməklə əlamətlərin ayrılması.
Təkamül prosesi gedişində orqanizmdə əlamətlərin ayrılması. D. orqanizmlər qrupunun müxtəlif yaşayış şəraitinə uyğunlaşmasından irəli gəlir. Burada həmin qruplar arasında coğrafi, ekoloji və ya fizioloji izolyasiya baş verməsinin, eləcə də aralıq formaların məhv olmasının böyük əhəmiyyəti var. D.-nın əsas hərəkətverici qüvvəsi təbii və ya süni seçmədir. “D.” anlayışı Ç.Darvin tərəfindən mədəni bitki sortlarında əmələ gəlmiş çoxşəkilliliyi və təbiətdə bioloji növləri izah etmək üçün təklif olunmuşdur. O, D. prinsipindən təbiətdə növ əmələ gəlməsini aydınlaşdırmaqda istifadə etmişdir. Əgər növ geniş bir arealı tutarsa və müxtəlif ekoloji şəraitə uyğunlaşarsa ilk oxşar populyasiyalar arasındakı hər hansı fərqin aşkara çıxmasında özünü göstərən D. meydana gəlir. D. yolu ilə yeni növün əmələ gəlməsi üzvi aləmin təkamülü haqqında Ç.Darvin təliminin əsas müddəalarından biridir.
Biologiya terminlərinin izahlı lüğəti