Reklam
Reklam

Biologiya terminlərinin izahlı lüğəti

əmici tellər

Kökün sorucu zonasından çıxan tükşəkilli tellər.

Ə.T.-in funksiyası torpaqdakı suda həll olmuş mineral maddələri udub kökün digər hissəsinə – ötürücü zonaya göndərməkdir. Ə.T. ömrü 15-20 gün olur, hüceyrələri şəffaf olub, tünd qılaflıdır. Ə.T.-i əmələ gətirən hüceyrələrin qılafları əridiklərinə görə onlar uzanmış bir hüceyrə hesab olunur və adi gözlə görünür.

Biologiya terminlərinin izahlı lüğəti