Reklam
Reklam

Biologiya terminlərinin izahlı lüğəti

ərik

Gülçiçəklilər fəsiləsindən cins.

Ə. ağacı orta boyludur. Yarpaqları dəyirmi və ya yumurtaya oxşardır. Çiçəkləri ağ və ya çəhrayıdır. 20-dən artıq növü məlumdur. Ə. sarımtıl-qırmızı təktoxumlu çəyirdək meyvəyə malikdir. Azərbaycanda, xüsusən Ordubad bölgəsində müxtəlif növləri daha geniş yayılmışdır.

Biologiya terminlərinin izahlı lüğəti