Reklam
Reklam

Biologiya terminlərinin izahlı lüğəti

ərsindimdik

lat. platalea leucorodia

Leyləkkimilər dəstəsinin ibislər fəsiləsindən  quş növü.

Bədəninin uzunluğu 80 sm, çəkisi 1,6-2,0 kq olur. Dimdiyinin ucu yastıdır. Azərbaycan ərazisində bataqlıqlarda və qamışlıqlarda (Mehman gölü, Qızılağac, Sarısu və s.) 1 yarımnövü (platalea leucorodia) yaşayır. Apreldə uçub gəlir. 2-3 yumurta  qoyur, 24-25 gün kürt yatır.

Biologiya terminlərinin izahlı lüğəti