Reklam
Reklam

Biologiya terminlərinin izahlı lüğəti

əzvay

Asfodelinakimilər fəsiləsinə aid bitki cinsi.

Adətən qələmlə (sürətli), bəzənsə toxumla çoxaldılan və qırmızı-sarı rəngdə gözəl çiçəklərə malik növlərə malikdir. Ə. cinsinə aid olan tikanlı Ə., sukotrin Ə.-ı, ala-bəzək Ə., əsl Ə. növlərdən Azərbaycanda geniş istifadə edilir. Ə. şirəsi bozarmış, qurumuş, tökülən saçlar üçün olduqca faydalıdır. Həmçinin Ə. şirəsinin bal ilə qatqısından ciyər və mədə-bağırsaq xəstəliklərinin müalicəsində istifadə edilir.

Həmçinin bax:

Biologiya terminlərinin izahlı lüğəti