yun. phenax, phenakos – yalançı
Silikatlar sinfinə aid triqonal sinqoniyalı mineral.
Prizmatik, nadir hallarda romboedr formalı kristallar, şüalı, dənəli və s. aqreqatlar əmələ gətirir. Rəngsiz, sarımtıl, çəhrayımtıl, boz, ağ olur. Şüşə parıltılıdır. Peqmatitlərdə və hidrotermal yataqlarda tapılır. Şəffaf növləri qiymətli daşdır.
Coğrafiya terminləri lüğəti