Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

fenakit

yun. phenax, phenakos – yalançı

Silikatlar sinfinə aid triqonal sinqoniyamineral.

Prizmatik, nadir hallarda romboedr formalı kristallar, şüalı, dənəli və s. aqreqatlar əmələ gətirir. Rəngsiz, sarımtıl, çəhrayımtıl, boz, ağ olur. Şüşə parıltılıdır. Peqmatitlərdə və hidrotermal yataqlarda tapılır. Şəffaf növləri qiymətli daşdır.

Coğrafiya terminləri lüğəti