lat. ephemeroptera
Qanadlı həşarat yarımsinfinin dəstələrindən biri.
Dünyada 2000-dən çox növü əhatə edən 23 fəsiləsi vardır. Azərbaycan sularında isə 33 növü yaşayır. G.-nin qanadları torşəkillidir. Arxa qanadı çox kiçikdir, ağız aparatı yoxdur. Sürfəsinin ağzı gəmiricidir. Yetkin fərdlər bir neçə saatdan bir günə qədər yaşayır. Növün adı buradan götürülmüşdür. Müxtəlif şirin sularda yaşayır. Balıqların başlıca yemini təşkil edir.
Biologiya terminlərinin izahlı lüğəti