yun. idea – görüntü, forma, oxşarlıq
Yazıçının qələmə aldığı həyat hadisəsi haqqında gəldiyi qənaət, çıxardığı nəticə, oxucuya təlqin etdiyi fikir.
İ. əsərin mövzusu və məzmunu ilə bağlı olur. O, bədii əsərin əsas qayəsini, müəllif niyyətini təcəssüm etdirir və sosial-estetik mahiyyət daşıyır. İ.-da müəllif müdaxiləsi açıq və ya gizli şəkildə özünü göstərir. Müəllif hadisə və xarakteri istədiyi rakursdan təsvir etməklə İ.-nı oxucuya təlqin edir. Bəzən də əksinə, müəllif qayəsi sətiraltı mənalarda ifadə olunur və ya müəllif hadisələrdən nəticə çıxarmağı oxucunun öz öhdəsinə buraxır. Bu mənada İ. yazıçının dünyagörüşü və yaradıcılıq metodu ilə sıx bağlıdır.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti