Reklam
Reklam

Biologiya terminlərinin izahlı lüğəti

invaziya

lat. invasio – hücum, soxulma

İnsan, heyvan və bitkilərin heyvan mənşəli parazitlə yoluxması.

İ. aktiv və passiv olur. Parazit zədələnmiş və zədələnməmiş dəridən orqanizmə (sahibə) daxil olub, orada kök saldıqda aktiv, su, qida və s. ilə orqanizmə düşdükdə isə passiv olur.

Biologiya terminlərinin izahlı lüğəti