Reklam
Reklam

Biologiya terminlərinin izahlı lüğəti

jenşen

lat. panax

Araliya (daşçiçəklilər) fəsiləsindən bitki cinsi.

Hündürlüyü 70 sm-ə çatan çoxillik ot bitkisidir. Əsasən Uzaq Şərqdə, Çində və Koreyada yayılmışdır. Ən məşhur növü adi J.-dir. Azərbaycanda təcrübə məqsədilə əkilib becərilir. J. dərman əhəmiyyətli çoxillik ot bitkisidir. Çində əhalinin geniş istifadə etdiyi kökün yeraltı metamorfozuna malik dərman bitkisidir. Əsasən ürək-damar və revmatizm xəstəliklərinin müalicəsində istifadə olunur. Meyvəkökləri insan bədənini xatırladır.

Biologiya terminlərinin izahlı lüğəti