Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

kanon

ər. qanun > yun. kanon – norma, qayda

Ehkam forması almış yaradıcılıq qaydaları və ənənələri; normalar siste­mindən ibarət estetik kateqoriya.

Hər bir klassik janrın bədii xüsusiyyətlər məc­musu K. sayılır. Jurnalistikada professional bir­liklər tərəfindən müəy­yənləş­dirilmiş peşə prinsipləri və standartları da K. hesab ­olunur. 1923-cü ildə Amerika Qəzet Re­daktorları cəmiyyətinin qəbul etdiyi ilk professional kodeks də məhz «Jur­na­lis­tikanın K.-ları» adlanırdı.

Həmçinin bax:

Jurnalistika terminləri lüğəti