Reklam
Reklam

Tarix terminləri lüğəti

kimmerilər

lat. Cimmerii, yun. Kimmérioi, aşşur. Gimirra

E.ə. VIII–VII  əsrlərdə Qara dənizin şimal sahillərində məskunlaşmış tayfalar birliyi.

K. haqqında ilk məlumatlara e.ə. VII əsrə aid yunan qaynaqlarında rast gəlinir. Bu tayfalar tez-tez Kiçik Asiyaya basqınlar ediblər. E.ə. VII əsrin 70-ci illərində K. Cənubi Qafqazdan keçərək Ön Asiyaya yayılıblar. Onların bir hissəsi Misirə qədər çatıb, digər hissəsi Kiçik Asiyanın Kappadokiya vilayətində Qamirra ölkəsi yaradaraq Lidiya və Frigiyanı tutub. K.-in Manna ərazisində məskən salmış qismi isə oradan Urartu və Assuriyanın sərhədlərinə hücumlar edib. E.ə. VII əsrin II yarısında K. Urartu hökmdarı I Rusaya sarsıdıcı zərbə endiriblər. Assuriya hökmdarı II Sarqonun da onlarla döyüşdə həlak olduğu ehtimal edilir.

Tarix terminləri lüğəti