lat. Cimmerii, yun. Kimmérioi, aşşur. Gimirra
E.ə. VIII–VII əsrlərdə Qara dənizin şimal sahillərində məskunlaşmış tayfalar birliyi.
K. haqqında ilk məlumatlara e.ə. VII əsrə aid yunan qaynaqlarında rast gəlinir. Bu tayfalar tez-tez Kiçik Asiyaya basqınlar ediblər. E.ə. VII əsrin 70-ci illərində K. Cənubi Qafqazdan keçərək Ön Asiyaya yayılıblar. Onların bir hissəsi Misirə qədər çatıb, digər hissəsi Kiçik Asiyanın Kappadokiya vilayətində Qamirra ölkəsi yaradaraq Lidiya və Frigiyanı tutub. K.-in Manna ərazisində məskən salmış qismi isə oradan Urartu və Assuriyanın sərhədlərinə hücumlar edib. E.ə. VII əsrin II yarısında K. Urartu hökmdarı I Rusaya sarsıdıcı zərbə endiriblər. Assuriya hökmdarı II Sarqonun da onlarla döyüşdə həlak olduğu ehtimal edilir.
Tarix terminləri lüğəti