Sərtqanadlılar dəstəsinin yarpaqyeyənlər fəsiləsinə aid olan növ.
Bığcıqları təsbehşəkillidir. Qanadüstlüyü zolaqlıdır. Başı üzərində kiçik qara nöqtələr olur. Sürfəsi torpaqda qışlayır. Yazda cavan kartof kollarına sürfəsi və böcəyi zərər verir. Əsasən kartofun zərərvericisi olduğuna görə, buna kartof böcəyi də deyilir.
Biologiya terminlərinin izahlı lüğəti