Reklam
Reklam

Biologiya terminlərinin izahlı lüğəti

lapfund

Vətəni İsveç olan it cinsi.

L. rəsmi olaraq 1944-cü ildə müstəqil it cinsi olaraq qəbul edilmişdir. Duyğulu, intizamlı və uşaqlara qarşı səbirli cins hesab olunur; nabələd insanlara tez duyuq düşür. L. çoban itləridir, amma fiziki xüsusiyyətlərindən dolayı qoruma və ovçu itləri olaraq daha çox istifadə edilir. L. insanlarla asanlıqla dostlaşa bilir. Soyuq bölgələrdə saxlanıldıqda ət və balıq tərkibli qidalarla bəslənməlidir.

Biologiya terminlərinin izahlı lüğəti