Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

mediamorfoz

lat. medium – ara, vasitəçi + yun. morphosis – formalaşma

Me­dianın formasını, kommunikasiya üsullarını də­yişməsi.

Bu dəyişiklik müxtəlif amil­lərin təsiri altında, o cümlədən bazarda rə­qabətin kəskinləşməsi, texnologiyanın sü­rətli inkişafı nəticəsində baş verir. M. konsepsiyasını 1990-cı ildə yeni medianın pioneri sayılan amerikalı alim Rocer Fidler irəli sürüb. O, M.-un 6 prinsipini mü­əy­yənləşdirib:

1. Yanaşı mövcudluq və birgə inkişaf (məsələn, xəbər portalı internetdə televiziya da açır).

2. Metamorfoz (mə­sələn, qəzet internet-portal yaradır və əsas diqqəti ona yönəldir).

3. Vərəsəlik (bütün formalar bir-birindən törəyir və əvvəlki kontent əsasında yaranır).

4. Ya­şamaq uğ­runda mübarizə (media dəyişən şəraitdə yaşamaq üçün yeni forma seçir, məsələn, çapını dayandıraraq onlayn formatda çıxmağa başlayır).

5. İmkanlar və ehti­yaclar (dəyişikliklər hər yerdə və eyni zamanda baş vermir, çünki texnoloji, siyasi, iqtisadi şərtlər fərqlidir).

6. Gələcək göz­ləntilərə uyğunlaşma (hər yeni texnologiya dərhal gəlir gətirmir, amma onun biznes baxımından gələcəkdə verəcəyi xeyir nə­zərdən qaçırılmır).

Jurnalistika terminləri lüğəti