Reklam
Reklam

Biologiya terminlərinin izahlı lüğəti

ördəklər

lat. anatidae

Orta və çox böyük olmayan ölçülərə malik su quşları.

Ö. adi olduğu eyniadlı fəsilə qazkimilər dəstəsinə aiddir. Ö.-in 110 növü məlumdur. Tüklərinin rəngi müxtəlifdir. Azərbaycan ərazisində 23 oturaq və köçəri növü (ev Ö., yaşılbaş Ö., ala Ö., anqut və s.) yaşayır. Ö. geniş yayılmışdır. Yaşılbaş Ö.-i 3-4 kq, ağ Ö. 2-3,5 kq-dır. Orta illik yumurtalama 250 ədədə qədərdir. Ö. bir çox ölkələrdə bəslənilir. Ayaq barmaqları arasında suda yemlənmə ilə əlaqədar olaraq üzmə pərdələri vardır. Dimdikləri yastıdır. Süzücü ağız aparatına malikdir. Əksəriyyət növləri ov quşlarıdır.

Biologiya terminlərinin izahlı lüğəti