Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

qapalı [qapalı] sifət

1. Qapanmış, bağlı; qapısı və ya qapağı örtülmüş. □ Qapalı ev. Qapalı qapı.

2. Örtülü. □ Qapalı ağıza milçək girməz. (Atalar sözü).
3. İşlək olmayan, qabağına sədd çəkilmiş, bağlı. □ Qapalı yol. Qapalı körpü.
4. Ucları, kənarları birləşdirilmiş. □ Qapalı xətt. Qapalı səth.
5. Məcazi mənada: kənar adamların girməsinə, iştirak etməsinə, istifadəsinə, bilməsinə icazə verilməyən; gizli. □ Qapalı iclas. Qapalı məktəb.
6. Cəmiyyətdən ayrılmış, təcrid olunmuş; yalnız öz məhdud mənafeyi ilə məşğul. Ünsiyyətsiz, adamdan qaçan, ürəyini heç kəsə açmayan. □ Qapalı mühit. Qapalı adam.

Həmçinin bax:

jurnalistika: qapalı məhkəmə iclası jurnalistika: qapalı məlumatlar jurnalistika: qapalı teleradio şəbəkəsi jurnalistika: qapalı tədbir jurnalistika: qapalı yayım coğrafiya: qapalı iqtisadiyyat Azərbaycan dilinin izahlı lüğəti