Yırtıcı heyvan; pələng. (“Koroğlu” dastanının lüğəti)
Döyüş babamızdan miras qalıbdır,
Dağlar əlimizdən zara gəlibdir,
Məskənimiz sərb qaya olubdur,
Qaplanlar çığrışır, pələng daşlanır.
(Ə.Qaracadaği “Şeirlər məcmuəsi”)
*
İki tərlan bir yuvadan,
Kövül heç düşməz havadan,
Ala qaplan sərv qayadan
Baxar buluda gümrənər.
(M.Elyas “Nəğmələr kitabı”)
Azərbaycan dastanlarının leksikası