Quşlar sinfinin tetralar dəstəsinə aid olan cins.
Digər tetralardan kiçikdir. Çəkisi 330-580 qramdır. Ümumi görünüşünə görə digər tetralara oxşardır. Meşədə yaşayır, vaxtının çox hissəsini yerdə keçirir. Bərk qaçır, cəld hərəkətlərlə yıxılmış ağacların və kötüklərin üzərinə çıxır. Hürküdülmüş Q. həmişə ağaca qalxır və gizlənir. Səs-küylə uçuşa başlayır və sonra səssiz uçur. Erkək və dişi Q.-ların tük örtüyünün rəngi çox seçilir. Q.-lar Skandinaviya yarımadasından Piriney yarımadasına qədər, Oxot dənizinin meşəli sahillərində, Saxalində, Mancuriyada, Koreyada, Şimali Yaponiyada, Şimali Monqolustanda və Altayda geniş yayılmışdır.
Biologiya terminlərinin izahlı lüğəti