Reklam
Reklam

Biologiya terminlərinin izahlı lüğəti

qızılbığ

Yavaş böyüyən uzunömürlü dekorativ bitki.

Şux yarpaqları 15-25 sm uzunluğunda olur və sıra ilə düzülür. Yarpaqların əsasları bir-birinə çox yaxın yerləşir və bir-birinin üzərini örtür. Buna görədə onlar ilk baxışda sanki bir yuvada yerləşmiş kimi görünürlər. Q.-ın sürünən gövdələri torpağın üstündə yerləşir. Bitkinin torpağı həmişə nəm olmalıdır. Q.-ı həddindən artıq sulamaq olmaz. Ümumiyyətlə bitki uzun müddət sulu qalmamalıdır. Sulamaq üçün ən uyğun vaxt səhərdir. Bitkinin tərkibində olan bioloji maddələr bir çox infeksiyalarla mübarizə aparmağa qadirdir və ən əsas imuniteti gücləndirə bilir. Q. bir neçə müalicəvi xüsusiyyətə malikdir: həzmi, qan dövranını və tənəffüsü normallaşdırır. İnsanlar soyuqdəymə zamanı dəmləməsindən istifadə edir.

Biologiya terminlərinin izahlı lüğəti