Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

riqqət [rik'qət] isim ərəb

1. Ürək yumşaqlığı, ürək incəliyi, şəfqət. □ İlk dəfə idi ki, Sadıq kişi oğlunun, əziz-xələf oğlunun səsindəki həzin riqqəti görüb duyur, ürəyinin başı ağrıyırdı. (Mir Cəlal).

2. Təsirlənmə, mütəəssir olma, acıma; təəssür. □ Toplaşanlardan çoxunun gözü həyəcan və riqqətdən yaşarmışdı. (R.Rza).

Həmçinin bax:

frazeologizm: riqqətə gətirmək Azərbaycan dilinin izahlı lüğəti