Reklam
Reklam

Biologiya terminlərinin izahlı lüğəti

sarağan

lat. cotinus

İkiləpəlilər sinfinin püstəkimilər fəsiləsinə aid bitki cinsi.

S.-lar kol və ya ağac bitkisidir. Sumaqkimilər ailəsinə daxildir. Avrasiyanın mülayim iqlimi olan zonalarında, eləcə də Şimali Amerikanın şərqində yayılmışdır. S.-nı dekorativ bitki kimi, eləcə də sarı rəng almaqdan ötrü xammal kimi istifadə etmək üçün becərirlər.

Həmçinin bax:

Biologiya terminlərinin izahlı lüğəti