yun. sepia – mürəkkəbböcəyi + yun. lithos – daş; mürəkkəbböcəyinin – sepiyanın məsaməli əhəngli skeletinə oxşadığından belə adlandırılmışdır
Silikatlar sinfinə aid gil mineralı.
Xassələrinə görə palıqorskitin analoqudur. S. sıx və çox yüngül aqreqatlar (“dəniz köpüyü”) və s. halda tapılır. Arid və yarımarid iqlim şəraitində torpaqda, dəniz və şor su hövzələrində gilli-karbonatlı çökmə süxurlar arasında, həmçinin serpentinitlərin aşınmasından əmələ gəlir.
Coğrafiya terminləri lüğəti