Reklam
Reklam

Tarix terminləri lüğəti

sindikat

lat. syndicatus < syndico – baxıram, yoxlayıram

Kartel tipli inhisar birliyi.

S.-a daxil olan müəssisə hüquqi müstəqilliyini və istehsalatda sərbəstliyini saxlayır, lakin kommersiya müstəqilliyini itirir. Bununla da S. karteldən fərqlənir. Belə ki, S.-ın iştirakçılarının (üzvlərinin) istehsal etdikləri məhsulun satışı inhisar birliyinin ümumi mülkiyyəti kimi vahid qurum tərəfindən həyata keçirilir. Həmin qurum həmçinin S. üzvləri üçün xammal alınması ilə məşğul olur. S.-lar, əsasən, eynitipli məhsul istehsal edən müəssisələrdən bazarın inhisara alınması məqsədilə yaradılıb. İlk dəfə onlar XIX əsrin sonunda Fransada meydana çıxıb. XX əsrin 20–40-cı illərində S.-lar xüsusilə geniş yayılıb. Lakin II Dünya müharibəsindən (1939–1945) sonra dünyanın inkişaf etmiş ölkələrində inhisarçılığa qarşı qəbul edilən qanunlar S.-ların ləğvi ilə nəticələnib.

Tarix terminləri lüğəti