Qollu-budaqlı birillik bitki.
Gövdəsinin hündürlüyü 15-80 sm-ə qədərdir. Qafqazda, Qərbi və Şərqi Sibirdə, Uzaq Şərqdə, Arktikada və Orta Asiyada bitir. Toxumlarından dərman kimi istifadə olunur.