Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

teokratiya

yun. Theos – Allah + yun. kratos – idarə etmək

Siyasi hakimiyyətin ruhanilərə – din xadimlərinə mənsub olduğu dövlət idarəçiliyi forması.

T.-da siyasi və dini hakimiyyət bir əldə cəmlənir. T. monarxiyanın bir növüdür, XXI əsrin əvvəllərində dünyada belə ölkələr azdır, onlara müsəlman ölkələrindən Səudiyyə Ərəbistanı, xristian ölkələrindən Vatikan misal ola bilər.

Coğrafiya terminləri lüğəti