Reklam
Reklam

Biologiya terminlərinin izahlı lüğəti

tetralar

Orta ölçülü quşlar.

Çəkisi 700-1600 qram arasında dəyişir. T.-lar qamətli və cəlddir. Ömrünün çox hissəsini yerdə keçirir. Cəld və yüngül uçurlar. Yerdən səs-küylə uçuşa başlamaqlarına baxmayaraq, ağacdan çox sakit uçuşa başlayırlar. Erkək T.-lar dişilərdən böyük olmaqla, tüklərinin rənginə görə də kəskin fərqlənirlər. T.-lar Avrasiyanın meşə və meşə-çöl zonalarında – Şotlandiya və Pirineyin şərqində şərqi Sibirədək olan ərazidə, Monqolustanın şimalında və Mancuriyanın şərqində məskunlaşmışlar.

Biologiya terminlərinin izahlı lüğəti