Reklam
Reklam

Biologiya terminlərinin izahlı lüğəti

ubikvistlər

lat. “ubiqie” – hər yerdə

Tamamilə müxtəlif ətraf mühitdə birgə yaşamağa uyğunlaşan bitki və heyvan növləri.

Məsələn, qamış yer üzərində Afrikadan tropiklərədək bütün su hövzələrində gilli və qumlu torpaqlarda bitir; canavar tundradan yarımsəhra və səhralaradək yayılmışdır. Bir çox hallarda kosmopolit növlər ilə eyni məna kəsb etsə də, yaşama arealının məhdudluğu ilə onlardan seçilir.

Biologiya terminlərinin izahlı lüğəti