Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

ünvan [ünvan] isim ərəb 

1. Bir şəxsə, ya idarəyə göndərilən məktub və s.-nin üstündə həmin şəxsin yaşadığı, yaxud idarənin olduğu yeri və adıni göstərən yazı; adres. ...çox sağ ol! – dedi və ünvanını verərək Qara kişini Bakıya, evinə qonaq çağırdı. (Ə.Əbülhəsən).

2. Bir şəxsin yaşadığı və ya bir idarənin olduğu yer; adres. Ünvanlara baxa-baxa; Bir qapını döydü onlar. (M.Dilbazi).

3. Ünvanına şəklində – haqqında, barəsində, aid. ...şəxsən öz ünvanına yağdırılan ittihamları rədd etməyə haqlı deyildi. (M.Hüseyn).

5. Klassik ədəbiyyatda ünvanında, ünvanlı şəklində – adında, adlı, sərlövhəli, adı altında mənalarında işlənmişdir. ...M.F.Axundzadənin “Məstəli şah” ünvanında tərtib etdiyi komediyanı oynayıblar. (F.Köçərli).

Həmçinin bax:

jurnalistika: elektron ünvan jurnalistika: ünvanlı müraciət jurnalistika: ünvanlı yayım jurnalistika: ünvanlı veriliş jurnalistika: ünvansız müraciət Azərbaycan dilinin izahlı lüğəti