lat. “virus” – zəhər
Bitki, heyvan və insan orqanizmlərində infeksion xəstəliklərin törədicisi.
V.-lar ancaq hüceyrənin daxilində çoxalır. V.-lar zülal təbəqə ilə əhatə olunmuş nuklein turşularından ibarət kiçik hissələrdir və qeyri-hüceyrəvi quruluşludur. İlk dəfə 1892-ci ildə rus alimi Dmitri İvanoviç İvanovski tərəfindən kəşf olunmuşdur.
Biologiya terminlərinin izahlı lüğəti